Uzun müddət davam edən xroniki ağrılar insanın heyat keyfiyyətini aşağı salır. Xroniki ağrılardan əziyyət çəkən insanlar mərkəzimizdə fəaliyyət göstərən mütmüraciət edərək onları narahat edən ağrılardan xilas ola bilərlər. Alqoloqlar ağrının müxtəlif mənbəylərinə enərək, araşdırıb səbəbini tapan və müalicəsi ilə məşgul olan ixtisas sahibləridir. Alqoloq həkimlərimiz daha çox xronikləşmiş ağrıların müalicəsi ilə məşğul olur.
Alqoloqiyada istifadə olunan müalicə metodları:
Sinir blokları
Bu üsul xərçəng xətəliyindən əziyyət çəkən insanlara, müxtəlif müalicələrə cavab verməyən xronik ağrıların aradan aparılmasına və ağrılı prosedurlardan öncə ağrının hiss edilməsinə mane olmaq məqsədilə tətbiq olunur. Nəticədə ağrını hiss etməmizə səbəb olan sinir reseptorlarını qısa zamanlı və ya birdəfəlik blok edir.
Qalıcı morfin nasosları
Əsasən xərçəng xəstəliyinə, həmçinin digər səbəblərə bağlı şiddətli ağrıları zamanı tətbiq olunan metoddur. Belə ki morfin nasosu dəri altına yerlədirilərək kateter köməkliyi ilə onurğa sütununa bağlanır.
Onurğa sütunu üçün istifadə olunan bateryalar
Əsasən şəkər xəstələrində ortaya çıxan xronik neyropatik ağrılara sinir toxumalarına zərər vuran başqa xəstəliklər zamanı da rast gəlinir. Neyropatik ağrılar zamanı zərər görmüş sinir toxumasının sinir impulslarını daşıdığı orqanlarda çox şiddətli ağrılar görülə bilər. Onurğa batareyalarının tətbiqi ilə bu ağrılardan xilas olmaq mümkündür. Bu batareyalar xəstəyə yerli keyitmə və ya sakitləşdirici tətbiq ederek yerleşdirilir.
Boyun fəqərələrinin disk yırtığı zamanı tədbiq olunan inyeksiyalar
Boyun fəqərəsinin yırtıqları onurğa sütununa və qollara gedən sinirlərə təzyiq edərək uyuşma, ağrı və ya gücün itirilməsi kimi narahatçılıqların meydana gəlməsinə səbəb olur. Ağrının aradan aparılması məqsədilə sinir köklərinə gərəkli preparatlar tətbiq olunur. Epidural steroid inyeksiyası olaraq adlandırılan müalicə üsulunun məqsədi sinir köklərindəki ödemin aradan qaldırılaraq ağrının geriləməsini əldə etməkdir.
Fəqərə sürüşməsi və ya yırtıqları zamanı tədbiq olunan inyeksiyalar
Əməliyyata gərək duyulmayan ancaq onurğa sütunundakı ağrıdan əziyyət çəkən xəstələrə tətbiq olunan müalicə metodudur. Bu məqsədlə tətbiq olunan inyeksiya növləri aşağıdakılardır:
Transforaminal epidural inyeksiyalar
Disk sürüşməsi olan nahiyyədə sinir kökünə təzyiq edən ödemin aradan qaldırılması üçün tətbiq olunur. Beləliklə sinir kökünə təzyiq edən kütlə aradan qaldırılır.
Sinir kökünün bloku
Onurğa sütunundan çıxan sinir köklərinə ağrıkəsici maddələrin və ya yerli keyləşdirici vasitələrin tətbiqi ilə həyata keçirilir.
Sakroiliak oynaq inyeksiyaları: onurğa sütunun sakral hissəsinə tətbiq olunaraq oturaq siniri ilə bağlı ortaya çıxan ağrının müalicəsi üçün edilir.
7588 | 11.10.2023
Əməkdaşlar
Refleksoterapevt-Nevroloq, Referans Bayıl filialının Baş həkimi
Dr. Məftun Adilli
Refleksoterapevt-Nevroloq, Referans Bayıl filialının Baş həkimi
Dr. Məftun Adilli
Телефон
*0033
E-mail
info@referansclc.com