Pediatriya— tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını, böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətlərini, yaşla bağlı dəyişiklikləri, eləcə də, uşağa qulluğu öyrənən sahəsidir. Uşaq və yeniyetmələrdə böyümə və püxtələşmə zamanı orqanizmdə gedən dəyişikliklər böyüklərdə gedən proseslərdən tamamilə fərqlənir. Həm infeksion, həm də somatik xəstəliklərin gedişatında fərqli əlamətlər müşahidə edilir. Uşaqlarda bu fərqlənmə aşağıdakı amillərdən ibarətdir:
- Xəstəliklərin simptomları daha sürətli özünü biruzə verir və daha geniş yayılır.
- Fəsadlaşma daha tez müşahidə olunur və daha çox daxili orqanları əhatə edir.
Lakin uşaq orqanizminə xas olan xüsusiyyətlərin müsbət tərəfləri də var. Uşaqlarda erkən yaşlarda kompensator imkanları daha çox və güclüdür. Buna görə də tez başlayan və düzgün aparılan müalicə nəticəsində fəsadsız, tam sağalma əldə etmək mümkündür. Bu baxımdan da uşaq və yeniyetmə xəstəliklərinin müalicəsinin məhs pediatriya sahəsi üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılması çox vacibdir.
Referans Poliklinikin Pediatriya şöbəsinə 16 yaşına qədər uşaqlarda müşahidə edilən bütün şikayətlər və xəstəliklər zamanı bizə müraciət edə bilərsiniz:- Yenidoğulmuşların müayinələri və 1 yaşa qədər aylıq rutin müayinələrinin aparılması
- Uşaqlarda böyümə və inkişafın dəyərləndirilməsi
- Peyvənd təqviminə uyğun peyvənd öncəsi müayinələr
- Pediatrik Check-up müayinələr
- Anemiyalar
- Uşaqlarda göz xəstəlikləri
- Allergik xəstəliklər
- Uşaqlarda dəri xəstəlikləri
- Avitaminoz və hipervitaminozlar
- Qurd xəstəlikləri
- Mədə-bağırsaq sistemi xəstəlikləri
- Müxtəlif virus və bakterial mənşəli xəstəliklər
- Tənəffüs sistemi xəstəlikləri və s.