Ünvanda Fizioterapiya Xidməti
Əsasən iş zamanı vaxtı olmayanlara, xəstəxanaya gəlməkdə hər hansı bir səbəbdən çətinlik çəkən şəxslərə şamil olunur. Bu, Sizin həm vaxtınıza qənaət edəcək, həmdə daha da rahatçılığı təmin edəcəkdir.Əgər sizin özünüz və yaxud ətrafınızdakı şəxslər, Ünvanda Fizioterapiya Xidmətindən istifadə etmək istəyirsinizsə Referans Fizioterapiya və Reabilitasiya şöbəmizə müraciət edə bilərsiniz.
FİZİOTERAPİYA xidməti əzələ-skelet sistemində ağrı və hərəkətin məhdudlaşdırılması kimi problemləri aradan qaldırmaq üçün tətbiq olunan müxtəlif üsulları əhatə edir. Fizioterapiya xəstəlik, zədə, travma və ya qocalıq nəticəsində zəifləyən funksional hərəkətlərin bərpası üçün müalicə metodudur. Ağır travma və xroniki iltihabi proseslərdən sonra reabilitasiya zamanı fizioterapiya müalicənin tərkib hissəsidir. Fizioterapiya xidməti həm bütün bədənə, həm də müəyyən nahiyələrə tətbiq oluna bilər. İcra ediləcək prosedur xəstənin yaşından və xəstəliyin şiddətindən asılıdır.
PEDİATRİK REABİLİTASİYA:
-Tortikollis (boyun əyriliyi)
-Skolioz, Kifoz, Lordoz
-Ayağın deformasiyaları
-Anadangəlmə omba çıxığı
-Serebral iflic (spastik iflic)
-SMA xəstəliyi
NEVROLOJİ REABİLİTASİYA:
-Fibromialgiya xəstəliyi
-Parkinson xəstəliyi
-Altsheymer xəstəliyi (Alzheimer)
-Hemiplegiya,
-Tetraplegiya,
-Paraplegiya
-Quadraplegiya
-Dağınıq Skleroz (MS)
-Demans
ORTOPEDİK REABİLİTASİYA:
-Artroplastika
-Amputasiya sonrası reabilitasiya
-Menisk yırtığı
-Omba-Diz protezi
-Osteoartroz
-Osteoartrit
-Revmatoid artrit
-Sınıq və çıxıq müalicəsi
-Çiyin sıxılma sindromu
-Disk yırtığı
-Lateral və Medial Epikondilit
-Sümük əriməsi
-İsti və Soyuq applikasiyalar
-Boyun yırtığı
-Duruş pozğunluqları
-İdmançı zədələri
-Daban/ayaq ağrısı
-Sinirin sıxılma problemləri (tarsal və karpal tunel, torakal çıxış sindromu və s.)
-Tibbi masaj
-Manual terapiya (Kayropraktik)
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək: +994 70 653 00 33