Kontur plastikası, plazmaliftinq (PRP), botoks, mezosapların tətbiqi, biorevitalizasiya və mezoterapiya prosedurları ixtisaslaşmış həkim-kosmetoloqlarımız tərəfindən həyata keçirilir.
Trixologiya sahəsində təcrübəli olan mütəxəssislərimiz həm qadın, həm kişi pasientlərdə saç problemlərinin müalicəsini aparır. Saçtökülmənin səbəbi aydınlaşdırılır və uyğun müalicə tətbiq olunur. Dəri və saç dibi ilə bağlı xəstəliklər zamanı pasientin müayinə və müalicəsi dermatoloq (dəri həkimi) ilə əməkdaşlıqda aparılır, lazım olduqda endokrinoloq da cəlb edilir.
Aparılan proseduralar və müalicə olunan xəstəliklər:
-Botoks;-Mezoterapiya (Dəri və dəri altına xüsusi preparatların və vitaminlərin yeridilməsi ilə cavanlaşdırmanın müasir üsuludur);
-Biorevitalizasiya;
-Plazmaliftinq (Passientin öz qanının trombositlərlə zəngin plazmasının dəri altına yeridilməsi ilə cavanlaşdırıcı inyeksiyadır);
-Plinqlər;
-Fillerlər;
-Dermabrayziya;
-Kontur plastikası;
-Radioliftinq (Üz dərisinin sallanmasını,ikincili çənəaltı briyerlər ilə əlaqədar, qırışlar, köhnə ləkələrin götürülməsi ilə mübarizə aparır. Bədənin dəqiq konturunu bərpa edir, onu bərkidir və dartır. -Əməliyyatsız üzün dartılması (Fransız üsulu)
-Kavitasiya (Bədəni korreksiya edir, artıq çəkini atır, Xalların, Popilamaların, damar ulduzcuqlarının götürülməsini təmin edir )
-Fotocavanlaşma
-Akne və rozaseyanın müalicəsi
-Genişlənmiş dəri məsamələrinin müalicəsi
-Üz və bədəndə genişlənmiş damarların (ulduzcuqların) aradan qaldırılması
-Üz və bədəndə hiperpiqmentasiyanı (ləkələr, LenTil, xloazma, melazma) aradan götürür
-Xalların və ziyillərin ağrısız, lazer üsulu ilə götürülməsi;
-Bioenergetik nöqtəvi müalicəvi masaj;
-Mikrodermobraziya (Üz və bədən dərisini alminum tozu ilə cavanlaşdırılması) və s.