Ünvanda Tibbi Xidmət
Bəzən olduğumuz məkanı tərk edə bilmirik. Səhhətimiz də zamana və məkana tabe olmur. Belə olan halda ən böyük köməyimiz tibbi xidmətin yanımıza - evimizə və ya olduğumuz məkana gəlməsidir.
Referans Medical Group hər an və hər ünvanda pasiyentlərinin sağlamlığının keşiyində durmaq üçün ÜNVANDA TİBBİ XİDMƏT layihəsi ilə pasiyentlərinin yanındadır. Xidmət xəstəxanada növbə gözləmədən, tıxacda vaxt itirmədən tibbi xidmət almaq üçün ən optimal üsuldur. Bir zənglə Referansın keyfiyyətli tibbi xidməti olduğunuz ünvana gələcək.
Ünvanda Tibbi Xidmətlərimiz:
Laborator müayinələr ( 7000-ə yaxın laborator müayinələr )
Həkim müayinələri
İnstrumental-Diaqnostik müayinələr
• USM
• RENTGEN
• EKQ
• EXO-KQ
• EEQ
• HOLTER
Ambulator xidmətlər
• Sarğılar
• İnfuziyalar
• İnhalyasiyalar
Check up müayinələr ( Hər yaşa uyğun Laborator Check up-lar )
Fizioterapiya Xidməti
• Elektrostimulyasiya (TENS-terapiya)
• Ultrasəs terapiyası
• Manual terapiya
• Müalicəvi idman terapiyası
• Akupunktura
• Kinesio bantlama
Səyyar Anestezioloji Xidmət
Audiometriya Xidməti
Profilaktik peyvəndlənmə
Nəticələrin ünvana çatdırılması