4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində Ümummilli lider Heydər Əliyevin 101 illiyi yubileyinə həsr olunmuş ödənişsiz tibbi müayinələr təşkil olundu.
8 may 2024-cü il tarixində Referans Medical Group Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə birlikdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyi yubileyinə həsr olunmuş ödənişsiz tibbi müayinələr təşkil olundu.
Sosial aksiya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınları, onların uşaqları və yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində cəza çəkən yetkinlik yaşına çatmayanları əhatə edirdi. Aksiyada cəzaçəkən şəxslərin istəklərinə uyğun olaraq öncədən həkim profilləri təyin olunub və ona uyğun müayinələr aparılıb.
Aksiyada nevroloq, ginekoloq, mammoloq, kardioloq, dermatoloq, infeksionist-hepatoloq, lor ixtisasları üzrə həkimlər iştirak ediblər. Həmçinin həkim müayinələri ilə yanaşı, Ultrasəs müayinələri, Exokardioqrafiya (EXO-KQ) və Elektrokardioqrafiya (EKQ), laborator müayinələr, eşitmə müayinələri aparıldı. Aksiyada ümumilikdə həkim müayinələri və diaqnostik xidmətlər daxil olmaqla 450-dən çox xidmət göstərilib, müayinələrə uyğun təyinatlar verilib.
Qeyd edək ki, Referans Medical Group-un 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi və Tərbiyə müəssisəsində ödənişsiz tibbi müayinələri uğurla nəticələnmişdi.
936 | 14.05.2024
Фотогалерея
1/7
—