10 may tarixində Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Referans Medical Group-un idarə heyəti tərəfindən Fəxri xiyaban ziyarət olunub.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.
464 | 14.05.2024
Фотогалерея
1/6
—