Check up nədir?
Check up - mütəmadi aparılan tibbi müayinələr kompleksi olub, əsasən praktik sağlam insanlar üçün nəzərdə tutulan skrininq xidmətidir. İnsanın özünə və sağlamlığına diqqətinin göstəricisi olmaqla, illik check up müayinə hər hansı xəstəliyin meydana çıxma riskini dəyərləndirməyə və vaxtında qarşısını almaq yollarını aydınlaşdırmağa imkan verir.
Check up kimlər üçündür?
Bütün şəxslər, əsasən də spesifik xəstəliyi və aktiv şikayəti olmayan insanlar üçün bu xidmət əvəzedilməzdir. Hər bir sağlam insanın ildə 1 dəfə check-up müayinədən keçməsi son dərəcə əhəmiyyətlidir.
Check up müayinənin əhəmiyyəti nələrdir?
• Xəstəliklərin erkən aşkarlanması
Bəzi xəstəliklərin, xüsusən də xroniki xəstəliklərin bir çoxunun simptomsuz və ya gündəlik yorğunluq və narahatlıqlarla bağlı olduğu düşünülən, ümumi əlamətlərlə keçən bir dövrü vardır. Xüsusi bir şikayət yaratmasa da, gizlidən inkişaf edən belə xəstəlikləri aşkarlamaq məqsədi ilə aparılan müayinə və testlər check up xidmətimizin əsasını təşkil edir.
• Vaxtında aprılan müalicə ilə sağalma şansının artırılması
Check up müayinə nəticələrindəki normadan kənara çıxma hallarının xəstəlik baş qaldırmadan öncə erkən mərhələdə üzə çıxması - tez başlayan müalicə və profilaktika tədbirləri deməkdir ki, bu da sağalma prosesini sürətləndirir və daha effektli edir.
• İnsanın sağlam olmasının tibbi müayinələrlə təsdiqlənməsinin verdiyi mental rahatlıq
Aparilan kompleks müayinə və tədqiqatlar sonrası həkim tərəfindən sağlam kimi dəyərləndirən şəxslər, bir qayda olaraq , psixoloji rahatlıq və güvən duyğusu ilə həyat və iş fəaliyyətinə daha xoşbəxt şəkildə davam edir.
• Check up proqramının fərdiliyi- şəxsə uyğun seçilməsi
Check up panellər şəxsin yaş, cins, ailə anamnezi , həyat tərzi, risk faktorları nəzərə alınaraq fərdi qaydada seçilir. Xüsusən qadınlarda hormonal periodların (doğuş qabiliyyətli, klimakerik dövr və s.) gətirdiyi xəstəlik riskləri də mütləq şəkildə dəyərləndirilir. Bunlarla yanaşı növbəti check-up müayinənin müddəti də individual olaraq təyin olunur.
• Xroniki xəstəliklər üçün sərf olunacaq maddi vəsaiti aşağı səviyyələrə endirmək
Gecikmiş mərhələdə olan və ya ciddi ağırlaşmalarla fəsadlaşmış bir çox xəstəliklərlə mübərizə böyük vəsait tələb edir. Baxmayaraq ki, rutin aparılan müayinələr belə xəstəlikləri erkən aşkar etməklə müalicə tədbirlərinin daha sadə və az sərfiyyatlı olmasına gətirib çıxarır.
Check up müayinədən əvvəl nə edilməlidir?
· check up-a gəlmədən əvvəl mütləq görüş günü alınmalıdır
· təyin olunan gün və saatda klinikaya gəlməniz xahiş olunur
· daha əvvəl(son 6 ay) keçirdiyiniz müayinə və test nəticələriniz varsa, mütləq gətirin
· gorüş günü heç bir yemək və maye qəbul etmədən(8-10 saatlıq) acqarına gəlməniz mütləqdir. Siqaret çəkmək olmaz.
· 48 saat əvvəl həkim tərəfindən mütləq şəkildə təyin olunmuş dərmanlardan başqa, vitamin, qida əlavəsi, hər hansı preparatların isifadəsinin dayandırılması məsləhətdir
· qəbul etdiyiniz dərmanlarən adlarını və dozalarını təqdim etməyiniz xahiş olunur
· qadınlar üçün check up müayinənin menstrual günlərə rastlamaması tövsiyyə olunur.
Check up nələri əhatə edir?
Check up - həkimin pasientlə ilə apardığı görüş, laborator testlər ve radioloji müayinələr əsasında aparılan bir dəyərləndirmədir. İnsanın yaşama, qidalanma tərzi, vərdişləri və ailəvi riskləri də nəzərə alınaraq sağlamlıq vəziyyəti qiymətləndirilir.
Check up nəticələrinə görə şəxsin diqqət etməli olduğu sahələr haqqında ətraflı məlumat verilir. Əgər bir sağlamlıq problemi aşkarlanarsa, uyğun mütəxəssislərə yönləndirilir.
Referans filiallarında aşağıdakı Check up Paketleri təqdim olunur:
https://referansclc.com/services/laborator-ya-xidm-tl-ri/check-up-paketleri/