Check up haqqında bildiklərimiz nə dərəcədə düzgündür?
İnsanlar arasında check up müayinəyə aid bir çox səhv fikirlər mövcuddur.
❌Yanlış: hər hansı bir xəstəliyim yoxdur, buna görə də check up müayinəyə ehtiyacım yoxdur.
✅Doğru: Müntəzəm olaraq ildə bir dəfə check-up etdirməliyəm. Bunun sayəsində meydana çıxa biləcək xəstəliklərin qarşısı alına bilər.
❌Yanlış: Yaxın qohumlarımda xərçəng xəstəliyi olan kimsə yoxdur, bu səbəbdən bu xəstəliyə görə müayinə mənə lazım deyil.
✅Doğru: Xərçəng sadəcə irsi olaraq deyil, ətraf amillər və yaşam tərzinə bağlı olaraq əmələ gələ bilir. Buna görə, check up zamanı xərçəng testlərini də yoxlatdırmalıyam.
❌Yanlış: İki-üç il əvvəl check up müayinədən keçmişdim və tamamilə sağlam olduğum ortaya çıxdı. Bir daha check-up etdirməyə gərək yoxdur.
✅Doğru: İki-üç il öncə aparılan check up müayinədən sonra bədənimdə hər hansı bir xəstəlik başlamış ola bilər. Ona görə, bir daha və müntəzəm olaraq hər il check up etdirməliyəm.
❌Yanlış: Siqaret çəkirəm və tez-tez alkoqol qəbul edirəm. Ancaq özümü çox yaxşı hiss edirəm. Hansısa kontrol müayinəyə getməli deyiləm.
✅Doğru: Siqaret və alkoqol istifadəçisi olduğum üçün, risk qrupundayam, mən hiss etməsəm də daxili orqanlarımda və qan dəyərlərimdə bir çox dəyişiklik ola bilər. Bu səbəblə təcili bir check up müayinədən keçməli və bunu hər il təkrarlamalıyam.
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

2468 | 21.08.2024
Mövzu üzrə həkimlər
Ailə həkimi-Terapevt, Check up üzrə mütəxəssis
Dr. Fərəh Məmmədova
Ailə həkimi-Terapevt, Check up üzrə mütəxəssis
Dr. Fərəh Məmmədova
Телефон
*0033
E-mail
info@referansclc.com
- Rəylər
Загрузка комментариев...