Ölkəmizdə böyrək xəstəlikləri son zamanlar artıb. Ən çox rast gəlinən patologiya isə xroniki pielonefrit, şəkərə bağlı böyrək patologiyaları, xroniki sistit, böyrəkdaşı xəstəliyidir. Son zamanlar isə qrip, qızılca və digər infeksion xəstəliklər fonunda böyrək xəstəliklərinin intensiv artması müşahidə olunur. Bu səbəblə də adı çəkilən xəstəlikləri keçirmiş xəstələrdə sidik yolları patologiyası ilə ağırlaşmanın olmamasından da əmin olmaq üçün uyğun müayinə keçməkdə bir fayda vardır. Uroloji problemlərin rastgəlmə tezliyi qadın və kişilərdə təqribən eynidir. Qadınlar arasında şəkərə bağlı, xüsusən gecikmiş böyrək patologiyaları daha çox rast gəlinir. Kişilərdə isə bu nisbətən xüsusən də, irəli yaşlarda daha çox prostat xəstəlikləri və buna bağlı ikincili uroloji problemlərdir.
Böyrək xəstəlikləri vaxtında müalicə olunmadıqda xroniki formaya keçir və hətta dializ, böyrək köçürməyə qədər gətirib çıxarır. Təbii ki, dolayısıyla cinsi problemlərə də yol aça bilir.
Genetik olaraq daşa meyililik də var. Adətən, maddələr mübadiləsi pozğunluğunun nəticəsi olaraq və ya böyrəyin xroniki iltihabi xəstəlikləri sonrası daha çox rast gəlinir. Cərrahi müdaxilə olmadan bəzi daşların müalicəsi də mümkündür. Təcrübəmdə həddən çox yalnız dərman müalicəsi ilə daşları düşürən pasiyentlər vardır. Lakin çox böyük daşlarda təəssüf ki, cərrahi müdaxiləyə ehtiyac duyulur. Artıq daşların açıq üsulla cərrahiyyəsi öz yerini qapalı və lazer üsulu ilə müalicəyə vermişdir. Tərəfimizdən bu əməliyyatlar da uğurla icra olunur.
Böyrək xəstələri necə qidalanmalıdır?
Böyrək xəstələri xəstəlikdən asılı olaraq böyrək həkimi tərəfindən təyin olunmuş müvafiq diyetaya uyğun olaraq qidalanmalıdır. Bunun üçün mütəmadi olaraq həkim təqibində olmaq lazımdır.
Uroloji və androloji xəstələrə vaxtaşırı uroloq-androloq müayinəsindən keçmələri tövsiyyə olunur.
Ətraflı məlumat üçün Referans Poliklinik Əhmədli filialımızın Uroloq-Androloqu Op. Dr. Anar Almasova təşəkkür edirik.
Referans Poliklinik Əhmədli filialı: Xətai ray., M.Hadi küç. 229D
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
4424 | 12.02.2024
Mövzu üzrə həkimlər
Uroloq-Androloq
Op. Dr. Anar Almasov
- Rəylər
Загрузка комментариев...