İstifadə zamanı tövsiyələr:
• İstifadəsi zamanı məhsulun həcmi qədər su içilməlidir
(məs. 250 ml fizioloji məhlulda Alfa Lipok Asid istifadə
olunursa, 0,25 litr su içilməlidir).
• Axın müddəti: 35-40 dəq aralığında olmalıdır.
Əsas göstərişlər:
• Güclü antioksidantdır.
• Vitamin C, vitamin E, qlutation kimi digər antioksidantları emal edir.
• İltihab əleyhinə təsirə malikdir və TNF ilə oyanan hüceyrələrdə
in vitro NF-KB aktivliyini dozadan asılı olaraq azaltdığı göstərilmişdir.
• Sürətli başlanğıc təsirə malikdir və neyropatik ağrıya əlavə
olaraq paresteziya, uyuşma, hissiyat pozulmasına müsbət
təsir edir və əzələ gücünü yaxşılaşdırır.
• Klinik praktikada erkən neyropatik defisitləri və simptomları olan
pasiyentlərdə istifadə olunur.
• Ziegler və əməkdaşları tərəfindən 2004-cü ildə aparılan meta analiz
tədqiqatına görə 3 həftə ərzində 600 mg/gün vena daxili a-lipoik asid ilə
müalicənin etibarlı olduğu və simptomatik neyropatiyası olan diabetli
pasiyentlərdə həm pozitiv neyropatik simptomları, həm də neyropatik
çatışmazlıqların əhəmiyyətli dərəcədə yaxşılaşdığı göstərilmişdir.
• Kiçik bir plasebo kontrollu tədqiqatda omega-3 və lipoik asidin kombin
şəkildə istifadəsi 12 ay boyunca yüngül və orta dərəcəli Alzheimer
xəstələrində həm təfəkkür, həm də hərəki geriləməni yavaşlatması və
etibarlı olması bildirilmişdir.
1156 | 15.10.2024