Prostat xərçəngi kişilər arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir. Bədxassəli patologiyaların yayılmasına görə dünyada üçüncü yeri tutur. Çox zaman şiş yavaş-yavaş inkişaf edir və uzun illər ərzində simptomsuz şəkildə davam edir. Klinik vəziyyət adətən şiş toxumasının əhəmiyyətli dərəcədə böyüməsi ilə üzə çıxır. Bu halda xəstəlik artıq gec mərhələdə, müalicəsi çətin və ya təsirsiz olduqda aşkar edilə bilər.
Laborator müayinələr patologiyanın vaxtında aşkarlanmasına və keyfiyyətli, tam müalicənin başlanmasına kömək edir.
Kişinin qanında PSA (prostat spesifik antigen) səviyyəsinin yüksəlməsi, prostat vəzisinin funksiyasında pozğunluğu göstərir və ciddi siqnal kimi qiymətləndirilməlidir. PSA-nın yüksək olması hər zaman xərçəng göstəricisi olmasa da, prostatda iltihabi proseslər və ya digər problemlərin olduğunu göstərə bilər.
AFP – böyüklər üçün şiş markeridir və embrional zülaldır. Normalda yetkin insan orqanizmində ya olmur, ya da çox aşağı səviyyədə olur. Səviyyəsinin orta dərəcədə artması qaraciyər patologiyaları, əhəmiyyətli dərəcədə artması isə aşağı differensiallaşmış şişlər ilə əlaqələndirilir. Bu, bəzi xərçəng hüceyrələrinin embrion toxuma xüsusiyyətləri əldə etməsi və müvafiq zülallar sintez etməsi ilə bağlıdır. AFP-nin kəskin artımı əsasən qaraciyər və cinsi vəzilərin xərçəngində müşahidə olunur.
CEA – laborator praktikada əsasən yoğun bağırsaq və düz bağırsaq xərçənginin diaqnostikasında istifadə olunan şiş markeridir. Bu zülal maddə bir sıra bədxassəli şişlərin göstəricisi ola bilər.
- Qanın ümumi analizi
- AFP
- CEA
- CA 72-4
- CA 19-9
- Ümumi PSA
- Sərbəst PSA
Panel bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
WhatsApp: +994 70 653 00 33

