Ginekomastiya – Kişilərdə Süd Vəzinin Böyüməsi
Ginekomastiya – kişilərdə süd vəzilərinin və ya vəzili toxumanın xoşxassəli böyüməsidir.
Bu vəziyyət iki formaya ayrılır:
- Əsl ginekomastiya – süd vəzisi toxumasının böyüməsi ilə bağlıdır (glandulyar toxuma),
- Yalançı ginekomastiya – piylənmə nəticəsində süd vəzisi nahiyəsində yağ yığıntılarının artması ilə bağlıdır
Ginekomastiyanın Əlamətləri:
- Süd vəzisi nahiyəsində möhkəm bir toxumanın əmələ gəlməsi və böyüməsi.
- Glandulyar toxumanın digər toxumalara nisbətən daha sərt və sıx olması.
- Toxunarkən ağrı və diskomfort hissi, bəzi hallarda bu ağrı tədricən azala və ya tamamilə yox ola bilər.
Əsl Ginekomastiyanın Əsas Səbəbləri:
- Testosteronun azalması və ya estrogenin artması (hormonal balanssızlıq)
- "Hormonal zirvə" dövrləri:
- Yenidoğulmuş dövr
- Yeniyetməlik (12–15 yaş)
- Yaşlılıq (45 yaşdan yuxarı) – bu hallarda fizioloji ginekomastiya müşahidə oluna bilər
- Daxili orqanların şişləri: böyrəküstü vəzilər, xayalar, mədəaltı vəzi, mədə, ağciyər
- Hipoqonadizm (cinsi vəzilərin funksiyasının zəifləməsi)
- Kortikosteroidlər və digər bəzi dərmanların qəbulu
Ginekomastiya uzun müddət davam etdikdə, kişilərdə süd vəzi xərçəngi riski artır.
Aşağıdakı simptomlar olduqda dərhal həkimə müraciət edilməlidir:
- Süd vəzisindən qanlı axıntı
- Sərtləşmiş və böyüyən toxumalar
- Süd vəzisi üzərində dəri dəyişiklikləri, xoralar
- Qoltuqaltı limfa düyünlərinin böyüməsi
Ginekomastiya Panelinə daxildir:
- Testosteron (ümumi)
- LH (luteinləşdirici hormon)
- FSH (follikul stimullaşdırıcı hormon)
- SHBG (cinsi hormonları bağlayan globulin)
- Estradiol (E2)
Panel bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
WhatsApp: +994 70 653 00 33

