NDU-da keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev, Referans Naxçıvan Tibbi Mərkəzinin direktoru Ülvi Əkbərov və hər iki tərəfin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə kadr hazırlığının keyfiyyətinin artırılması, tələbələr üçün praktik təcrübə imkanlarının genişləndirilməsi və qarşılıqlı fəaliyyətlərin gücləndirilməsi müzakirə olunub.
Memorandum çərçivəsində:
– Yerli və əcnəbi tələbələr üçün tibbi müayinələrin təşkili
– Professor və həkimlərin iştirakı ilə universitetdə praktiki dərslərin keçirilməsi
– Referans Medical Groupa daxil bütün klinikalarda tələbə və əməkdaşlara güzəştli tibbi xidmətlər və ildə bir dəfə ödənişsiz check up
– Tibb fakültəsi tələbələri üçün klinik baza imkanlarının yaradılması
– Birgə sosial layihələr təşkil olunması
Bu əməkdaşlıq tələbələrin peşəkar inkişafına, səhiyyə və təhsil sahələrində ortaq təşəbbüslərin reallaşmasına yeni imkanlar açacaq.
48624 | 19.09.2025
Фотогалерея
1/2
—

