Tükənmişlik sindromundan əziyyət çəkən insanlar daim yüksək səviyyədə stresə məruz qalırlar.
Tükənmişlik sindromu anlayışı şəxsdə fiziki, emosional yorğunluğa səbəb olan ağır stres vəziyyətini təsvir edir. Bu sindrom fərdlərin gündəlik vəzifələri yerinə yetirməsini çətinləşdirir. Fiziki simptomlar arasında baş ağrıları, qarın ağrısı, iştahada və ya yuxuda nizamsız dəyişikliklər ola bilər.
Bu sindromdan əziyyət çəkən insanlar yuxu pozğunluğu, yorğunluq hissi, konsentrasiyanın azalması, əsəbilik və hadisələrə həddindən artıq reaksiya kimi simptomlarla qarşılaşırlar. Bundan əlavə, onlara tapşırılan işləri tam yerinə yetirə bilmədiklərini hiss edən bəzi insanlarda utanma, özünə qapanma, insanlardan uzaqlaşma kimi əlamətlər ola bilər.
Əgər tükənmişlik sindromu ilə mübarizə aparmaq üçün lazımi tədbirlər gördüyünüz halda, bir neçə aydan sonra özünüzü yenidən gərgin və yorğun hiss etməyə davam edirsinizsə, mütəxəsis yardımı almaqdan çəkinməyin.

2852 | 13.11.2024
- Rəylər
Загрузка комментариев...